• cümə, 26 Aprel, 00:52
  • Baku Bakı 16°C

Mövcud landşaft nəzərə alınmalı idi

16.10.18 15:15 425
Mövcud landşaft nəzərə alınmalı idi
Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında deyilir.
Açıqlamaya görə, yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.
Məlumat üçün bildirək ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb.
banner

Oxşar Xəbərlər