• çərşənbə axşamı, 19 mart, 18:04
  • Baku Bakı 8°C

Muzdlu işçilərin çalışdığı sahələr açıqlandı

24.03.17 10:45 799
Muzdlu işçilərin çalışdığı sahələr açıqlandı
2017-ci il martın 1-nə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5014,5 min nəfər olub, onlardan 4761,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1510,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,0 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri-neft sektorunda isə 1475,7 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi emal sənayesində, 6,0 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 2,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,2 faizi təhsil, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi istirahət, əyləncə və incəsənət, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.
banner

Oxşar Xəbərlər