AZE | RUS | ENG |

Müyəssərlik üzrə ekspertlərin hazırlanması təlimləri davam etdirilir

Müyəssərlik üzrə ekspertlərin hazırlanması təlimləri davam etdirilir
Əlilliyi olan şəxslərin müstəqil hərəkətlərinin təmin olunması üçün müyəssərlik üzrə ekspertlərin hazırlanmasına dair ikinci təlim Rusiyadan dəvət olunmuş təlimçi – ekspertlər tərəfindən Bakıda keçirilmişdir. Təlimin praktik məşğələ hissəsi  Sabir adına Dövlət Pedaqoji Kollecində icra olunmuşdur. Təlim iştirakçıları kollecin müyəssərliyinin təmin olunması üçün monitorinq aparmış və bunun əsasında təkliflər hazırlamışdır.
    Bu mövzuda birinci təlim 3 – 6 iyun tarixlərində Lənkəran şəhərində keçirilmişdir. Bu təlimlərdən sonra hazırlanmış ekspertlər şəhərin  fiziki infrastrukturu üzrə monitorinqlər keçirəcək, 3 obyektdə müyəssərlik  işləri görüləcək və Lənkəran şəhəri üçün müyəssərlik modeli hazılanacaqdır.
     Ekspertlər gələcəkdə Respublikanın digər regionlarında da müyəssərliyin təmin olunması üçün müvafiq fəaliyyətləri həyata keçirəcəklər.
   Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində əlçatan mühitin yaradılmasına dair "Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində keçirilir. 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873