AZE | RUS | ENG |

Müxalifətin marginallaşmış “dirijor”u

Müxalifətin marginallaşmış “dirijor”u
Azərbaycan cəmiyyəti Əli Kərimli kimilərin hansı dairələrin direktivləri əsasında fəaliyyət göstərdiyini, hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir

Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlər, idman yarışları reallaşdırılır. Hər dəfə də bu cür beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan şəbəkəsi özünün avantürist mövqeyinə "sadiq” qalaraq ölkəmizin dünyada formalaşmış nüfuzunu hədəfə alır, şər, böhtan xarakterli çıxışlar edir. Şəbəkənin ölkə daxilində fəaliyyət göstərən dəstəkçiləri də bu axına qoşulur. Söhbət radikalların mütəmadi olaraq əsasız ittihamlar səsləndirən AXCP-nin "drijoru” rolunda çıxış edən Əli Kərimli gedir. Partiya sədri olaraq fəaliyyəti ancaq sosial şəbəkələrdə danışıb, fikirləri ilə özünü ifşa etməkdən ibarət olan bu şəxs son günlərdə də əvvəlki ampluasındadır. 

Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənov da özünün məqaləsində Əli Kərimlinin son açıqlamalarını haqlı olaraq tənqid edib: "Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”.

Təbii ki, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”.
Bütün bunlar bir daha onu göstərir ki, radikal düşərgədə mövcud olan müxalifətçilik anlayışı yalnız nifrət və kin üzərində qurulub. Bu insanlar hələ də nəyə və kimə müxalif olduqlarını aydınlaşdıra bilmirlər     
    
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən bəhs edərkən, heç şübhəsiz, "Formula 1” yarışlarını da xüsusi qeyd etmək lazımdır: "Digər mühüm idman tədbirləri kimi "Formula 1” yarışları da Azərbaycan reallıqlarının dünyaya çatdırılması, ölkəmizin təbliği, turist axınının güclənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ən əsası, bu cür beynəlxalq əhəmiyyətli və yüksək reytinqə sahib tədbirlər dinamik inkişafa malik Azərbaycanın sabitlik adası kimi yüksək nüfuzunun göstəricisidir. Heç şübhəsiz, Azərbaycanın parlaq nailiyyətlər qazanması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, ölkəmizdə möhkəm əsaslara söykənən sabitliyin, xalq-iqtidar birliyinin mövcud olması anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıq və qısqanclıqla qarşılanır. Ən çox narahatlıq keçirən isə erməni lobbisi, işğalçı Ermənistan və onun havadarlarıdır. Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdəki "5-ci kolon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Azərbaycandakı bəzi radikal müxalif marginallar da ölkəmizin uğurlarının üzərinə kölgə salmaq, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün müxtəlif cəhdlər edirlər”. 

H.Məmmədov qeyd etdi ki, cəmiyyətdə heç bir nüfuza sahib olmayan, antimilli mövqedən çıxış edən, siyasi autsayderə çevrilmiş Əli Kərimli də anti-Azərbaycan dairələrin siyasi direktivləri əsasında ermənipərəst mərkəzlərlə sinxron hərəkət edir, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün absurd iddialar ortaya atır: "Anti-xalq və anti-dövlət xarakterli çağırışlar səsləndirən bu marginal, antimilli şəxsin müxalifətçilik anlayışı milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Yəni, Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyət deyil, Azərbaycana qarşı cəbhə açmış mərkəzlərin maraqlarının qorunması kimi qiymətləndirilə bilər. 

Ə.Kərimlinin ictimai diqqətə çatdırmaq istədiyi fikirlər manipulyativ xarakter daşımaqla yanaşı, elə 1990-cı illərin əvvəlində AXC-Müsavat cütlüyünün ifadə etdiklərinin eynisidir. Bu, onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, radikal müxalifətin, Əli Kərimli kimilərin düşüncəsi, müxalifətçilik fəlsəfəsi dəyişməyib. Əvvəlki illərdə olduğu kimi, marginal və dağıdıcı xarakterlidir. Onun missiyası anti-Azərbaycan mövqedən çıxış etmək, funksiyası isə dağıdıcı "ideya”lar vasitəsilə ictimaiyyəti manipulyasiyaya məruz qoymaqdır. Əgər Əli Kərimli və digər marginalların müxalifətçilik anlayışı anti-xalq və anti-dövlət mövqeyində olmasaydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Digər tərəfdən, Əli Kərimli Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətini ört-basdır etmək üçün özünü cəmiyyətə fərqli siyasi simada, obrazda - "xalqın maraqlarının müdafiəçisi” kimi təqdim etməyə çalışır. Azərbaycan cəmiyyəti Əli Kərimli kimi şəxslərin hansı dairələrin direktivləri əsasında fəaliyyət göstərdiyini, hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir”. 

Millət vəkili Əflatun Amaşov bildirdi ki, kimlərsə özünün siyasi uğursuzluğunu Formula-1-in ölkəmizdə keçirilməsini tənqid etməklə ört-basdır edir, guya xalqın mənafeyindən danışırmış kimi bəyanatlar verirlər: "Əlbəttə, bu sayaq spekulyasiyalar özünü peşəkar siyasətçi adlandıran adamlar üçün yaraşmaz haldır. Bu adamlar ötən illər ərzində müxalifətçiliyin nədən ibarət olduğunu anlamayıblarsa, bundan sonra nəyə isə nail olmaları qeyri-mümkün görünür. Bizə yalnız təəssüflənmək qalır”. 

Ə.Amaşovun fikrincə, nəzərə almaq lazımdır ki, Azərbaycanda çoxsaylı böyük idman tədbirləri keçirilməkdədir. Biz idman ölkəsiyik. Dünya bizi həm də idman ölkəsi olduğumuz üçün tanıyır və dəyər verir. Gələn ay paytaxtımızda futbol üzrə Avroliqanın finalı baş tutacaq. Azərbaycan 2020-ci ilin Avropa çempionatının final mərhələsinin oyunlarının keçirildiyi ölkələrdən biri olacaq. İndiyədək də çoxsaylı böyük miqyaslı idman tədbirləri gerçəkləşdirmişik. Əlbəttə, bu tipli yarışlar istənilən halda müəyyən diskonfort yaradır. O anlamda ki, yollar bağlanır, nəqliyyatın hərəkəti məhdudlaşır. Biz insanlarımızın rahatlığını düşünməliyik. Ancaq zamanla bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində də təcrübə əldə edilir. Tədricən zəruri infrastrukturu genişləndirir və gücləndiririk. Yaxşı yadımdadır ki, bir vaxtlar yalnız Əl Oyunları Sarayımız var idi. Bu gün baxın, nə qədər idman salonlarımız fəaliyyətdədir. Hər biri böyük idman tədbirlərini təşkil etmək potensialındadır. Heç şübhəsiz, gələcəkdə Formula 1 üçün daha geniş imkanlara malik olacağıq. Amma hesab edirəm ki, o imkanlara doğru yol bu gündən başlanmalıdır”.
 
AZAD


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019