Müxalifəti kiflənmiş şüarlarla aksiyalara sürükləyən səbəblər

Müxalifəti kiflənmiş şüarlarla aksiyalara sürükləyən səbəblər

Təfsilat
11 Oktyabr 2019, 16:44 140
Sosial sifarişdən doğmayan mitinq həvəsi müxalifətin rüsvayçı duruma düşməsi ilə nətiçələnəcək

Bu il ölkədə bələdiyyə, gələn il isə parlament seçkilərinin keçiriləcəyi nəzərdə tutulur. Bələdiyyə seçkilərinə maraq zəif, parlament seçkilərinə isə tam əksinə, diqqət olduqca böyükdür. Şübhəsiz ki, müxalifət də Milli Məclisə gözlənilən seçkilərlə bağlı indidən öz imkanlarını  nəzərdən kecirir, şanslarını dəyərləndirir.

Fəqət bu qiymətləndirmənin obyektivliyi içtimai rəy ücün deyil. Müxalifət, neçə olur-olsun, çəmiyyətin qarşısına özü haqqında "müsbət fikirlər”lə cıxmağa cəhd edir. Özü ilə baş-başa qaldıqda, bu siyasi düşərgə potensialını doğru-düzgün qiymətləndirməyə, özünü aldatmamağa məcburdur.

Müxalifət hədsiz gerilədiyinin fərqindədir və yaxşı başa düşür ki, hazırkı imkanlarla seçkiyə hazırlaşmaq asan məsələ deyil.
Bu səbəbdən də müxalifətin radikal kəsimi səbəb olmadan belə, indidən hansısa gündəmdə olmayan kiflənmiş şüarlarla aksiyalara sürüklənməkdədir.

Milli Şuranın AXCP sədri Əli Kərimlinin dirijorluğu ilə mitinqlərə yuvarlanmasının arxasında qarışıqlıq yaratmaq, hakimiyyətin əsas rəqibi görüntüsünü formalaşdırmaq, siyasi mövcudluğunu qoruyub saxlamaq dayanır.

Və ən əsası seçkisiz nəyəsə nail olmaq. Cəmiyyətdə radikallığın yüksəlməsini hədəfləyən müxalifətin bəlli qanadı nə qarşıdan gələn bələdiyyə, nə də parlament seçkilərinə qatılmaq haqqında düşünmək istəyir. Yetərincə gücsüz, cəmiyyətin qarşısına cıxmağa sözsüz olan radikal müxalifət özünü seçkidənkənar hadisələrə kökləyib. Daha asan müstəvi olan sosial şəbəkələrdə hay-küylə, qışqırmaqla, iftira və yalanla mübarizə apararaq aksiyalara adam cəlb etməyi düşünür. 

Gəlin baxaq, Azərbaycanda reallıq necədir? Növbəti parlament seçkisini müxalifətin radikal qanadı ücün çətin seçki saymaq mumkündür. Çünki hec bir partiyanın seçkidə iştirak üçün yetərli potensialı yoxdur.

Son illərə qədər müxalifətin öndə olan partiyaları-AXCP və Müsavatın şanslı qüvvə kimi irəli çıxmaq imkanı varmı? Yoxdur! Keçən müddətdə bir tərəfdən, onları partiyaiçi proseslər sarsıdıb, başqa tərəfdən, hər seçkidən, siyasi mübarızədən sonra itirilən elektorat, itirilən reytinq, nüfuz, saysız-hesabsız uğursuzluqlardan doğan ruh düşkünlüyü indidən onların da seçkidəki şanslarına təsir göstərib.

Sosial şəbəkələrdə yalan, böhtan üzərində qurulan çalışma sosial bazanı genişləndimək, elektoratın rəğbətini qazanmaq, müxalifəti nüfuzlu siyasi qüvvəyə cevirmək iqtidarında deyil. İctimai rəyin qarşısına nə çür çıxırlarsa çıxsınlar, əvvəlki imkanları bərpa etmək, cəmiyyətin etimadını qazanmaq çətindir. 

Odur ki, bir həqiqətdən danışmaq mümkündür: müxalifət yenə də gözlənilən hər iki seçkidə hakimiyyətin önünə tamamən şanssız bir qüvvə kimi çıxmalı olacaq. Dirçəlmək üçün aksiyalar yeganə çıxış yolu kimi görünsə də sosial sifarişdən doğmayan mitinq həvəsi müxalifətin rüsvayçı duruma düşməsi ilə nətiçələnəcək. Qarşıdakı dönəm şanssızlıq baxımından müxalifət ücün daha ağır proses kimi gözlənilir. 
 
Elman Babayev