AZE | RUS | ENG |

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə münasibət bildirib.
Trend-in məlumatına görə, İ.Qəmbər bununla bağlı sosial şəbəkədə bildirib ki, qadına, uşağa qarşı zorakılıq ailədaxili məsələ deyil: "Bu bizim hamımıza toxunan məsələdir. Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin.
Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı.
Bu, bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, Mərkəzdə ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa, özü bizdən kənarlaşsın. Biz belə birini görsək, onu kənarlaşdıracağıq. Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908