«Müxalifət yuxu görür»

«Müxalifət yuxu görür»

Siyasət
12 Noyabr 2012, 11:51 1420
«2013-cü il prezident seçkiləri ilə bağlı hakimiyyət daxilində təlatümlər yaşanması ilə bağlı müxalif mətbuatda yazılanlar onların fikirləri deyil, yuxusudur. Müxalifət yuxunu görür, sonra isə onu mətbuatda yozmağa başlayır». APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycan hakimiyyəti çox möhkəm və mobildir: «Ola bilsin ki, müxalifətin daxilində ikitirəliklər var. Amma Azərbaycan hakimiyyətinin daxilində belə şeylər ola bilməz. Biz seçkilərə çox yüksək əhval-ruhiyyə ilə gedəcəyik».