• çərşənbə, 24 Aprel, 21:39
  • Baku Bakı 23°C

Müxalifət əhalinin gəlirlərinin artmasından qorxuya düşüb

10.09.13 12:12 1264
Müxalifət əhalinin gəlirlərinin artmasından qorxuya düşüb
Dövlətimiz gücləndikcə onun sosial siyasəti də daha geniş seferaları əhatə edir. Bunu hər bir Azərbaycan vətəndaşı öz ailəsinin büdcəsində, dolanışığının yaxşılaşmasına görür. Xüsusi qeyd etmək lazımdır ki, 2003-2013-cü illər Azərbaycan Respublikasının müstəqillik tarixinə sürətli inkişaf illəri kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanı ilə əsası qoyulmuş sosial-iqtisadi inkişaf siyasəti ölkə iqtisadiyyatının dirçəlməsində, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsində, əhalinin rifah halının yüksəlməsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasında və qlobal proseslərin iştirakçısına çevrilməsində başlıca faktora çevrildi.
Son 10 ildə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.
Təəssüf ki, bir sıra daxili siyasi qruplar və xarici dairələr əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar. Dağıdıcı müxalifət funksionerləri, mətbuatı, psevdoekspertlər Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün ciddi cəhdlər göstərirlər.
İddia olunur ki, seçki öncəsi əmək haqlarının artırılması daha çox siyasi məqsədlər güdür. Lakin ölkəmizdə son 10 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsi bu iddianı alt-üst edir. Məsələn, 2011-ci ildə Azərbaycanda seçkilər keçirilmədi, lakin əmək haqlarının artırılması ilə bağlı aşağıdakı sərəncamlar verildi:
- 2011-ci il 1 dekabr tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında”;
- 2011-ci il 5 dekabr tarixli “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”;
- 2011-ci il 6 dekabr tarixli “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”;
- 2011-ci il 7 dekabr tarixli “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”;
- 2011-ci il 8 dekabr tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”;
- 2011-ci il 9 dekabr tarixli “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”;
2011-ci il 10 dekabr tarixli “Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”.
Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 sərəncam imzalanmışdır. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılmışdır. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əmək haqqının artımı üçün verilən 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf etmişdir. Bu fakt onu göstərir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlərin ciddi əsası yoxdur.
O da nəzərə alınmalıdır ki, Azərbaycanda prezident seçkilərindən iki il sonra parlament seçkiləri, parlament seçkilərindən 3 il sonra isə prezident seçkiləri keçirilir. Yəni ehtimal nəzəriyyəsinə görə, əməkhaqqı artımı ya parlament, ya da ki, prezident seçkiləri ilinə düşə bilər.
Müxaliflər belə bir tezis də irəli sürürlər ki, əməkhaqqı artımından sonra qiymətlər dərhal bahalaşacaq. Bu iddia heç bir iqtisadi məntiqə söykənmir və sadəcə havadan götürülən rəqəmlərə əsaslanır. Əvvəlki illərin təcrübəsi göstərir ki, hökumət monetar və fiskal siyasət alətlərindən istifadə etməklə qiymətlərin sabitliyini qorumağı bacarır.
Hesablamalar göstərir ki, 2014-cü ildə əməkhaqqı artımlarını təmin etmək üçün illik 600 milyon manat vəsait lazım olacaq. Bu məbləğin hansı səviyyədə inflyasiya təzyiqini yaratmasını müəyyənləşdirmək üçün yaxın keçmişin analoji situasiyalarına diqqət yetirək. Məsələn, ölkə prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli fərmanından sonra 1,4 milyon əmanət hesabı üzrə vətəndaşlara təxminən 600 milyon manat vəsait qaytarıldı. Amma bu vəsait qaytarılan müddətdə illik inflyasiya cəmi 1,1 faiz olmuş, əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Bu fakt göstərir ki, qaytarılan əmanətlər ciddi bahalaşmaya səbəb olmamışdır. Hərçənd ki, müxalifət təmsilçiləri əmanətlərin qaytarılmasının müsbət məziyyətlərindən danışmaq əvəzinə, prosesin daha çox inflyasiya yaradacağını bildirirdi. Deməli, 600 milyon manat vəsaitin əmək haqqı artımına yönəldilməsi də ciddi inflyasiya dalğası yaratmayacaq. Əksinə əmək haqlarının daimi artırılması insanların sosial rifah halını daha da yaxşılaşdıracaq.
Fuad
banner

Oxşar Xəbərlər