• cümə axşamı, 18 aprel, 04:27
  • Baku Bakı 15°C

Mütləq “Real”a qayıdacaq, “yox” cavabı verə bilməz

31.05.18 12:20 735
Mütləq “Real”a qayıdacaq, “yox” cavabı verə bilməz
"Portu”nun qapıçısı İker Kasilyas gələcək planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kasilyas nə vaxtsa "Real”a qayıdacağını deyib. O, gələcəyi ilə bağlı verilən suala zarafatyana cavab verib:
"Təbii, istərdim ki, daha bir dəfə ÇL-in və dünya çempionatının qalibi olum. Ancaq nədənsə şikayətlənməyə də haqqım yoxdur.
Mənim gələcəyim? "Portu”dan sonra Yaponiyaya, İnyestanın yanına gedəcəyəm. Zarafat edirəm. Bilmirəm bu nə vaxt olacaq, ancaq bir gün mütləq "Real”a qayıdacağam.
Mən bu klubda lap uşaqlıqdan oynamışam. Orda böyümüşəm, püxtələşmişəm. İndiyə qədər də Madridlə əlaqəliyəm və "Real”a heç vaxt "yox” cavabı verə bilmərəm.
banner

Oxşar Xəbərlər