AZE | RUS | ENG |

Mütəxəssislər həmişə tonzillərin kəsilib götürülməsini tövsiyə etmirlər

Mütəxəssislər həmişə tonzillərin kəsilib götürülməsini tövsiyə etmirlər
Boğaz əti dedikdə udlaq badamcıqları nəzərdə tutulur. Onlar latınca tonzillər adlanır. Boğaz əti bədənin immun sisteminin bir hissəsidir. Onun əsas funksiyası immun sisteminin formalaşmasına kömək etmək və bədənin müqavimətini artırmaqdır. Təəssüf ki, onlar daim ətraf mühitlə təmasda olduğundan bakteriyalar üçün mənbəyə çevrilə bilər. Bu da il ərzində hətta 10 dəfəyə qədər iltihablaşmaya səbəb ola bilər. Nəticədə hərarətin yüksəlməsi, bogaz ağrılarının olması, qida qəbulunun çətinləşməsi kimi şikayətlər verir. Belə hallar davam edərsə, gələcəkdə uşaqlarda oynaq ağrıları, ürək və böyrək problemlərinə səbəb ola bilər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.

"Mütəxəssislər heç də həmişə tonzilləri kəsib götürməyi tövsiyə etmirlər. Lakin əgər il ərzində bir neçə dəfə boğaz ətinin iltihabı baş verirsə, onu cərrahi əməliyyatla kəsib götürməkdən başqa çarə qalmır. Nəticədə xəstələr uzun müddətdən sonra əziyyətdən xilas olurlar. Həmin əməliyyatda qanaxma riski olduğundan lor cərrahların çox da ürəyincə edilən cərrahi müdaxilə növü deyil.

Bəzən azyaşlılarda badamcıqların böyük olması hallarına da rast gəlinir. Bu, xəstəyə ağrı, şikayətlər verməsə də, udqunma problemi yaradır və fiziki inkişaflarına mane olur. Bu zaman onlar tam deyil, bir hissəsi götürülərək həcmi azaldılır”, - deyə mütəxəssis qeyd edib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968