• cümə axşamı, 18 aprel, 04:25
  • Baku Bakı 15°C

Mütaliəni vərdişə çevirən kitablar

26.02.18 17:30 1040
Mütaliəni vərdişə çevirən kitablar
Hər zaman xüsusi bir duyğu, keyfiyyət, yol və ya hədəf aşılayan kitablar oxumaya bilirik. Xüsusilə də, ədəbi seçimlərin kamilləşmədiyi mərhələdə olarkən, yararlı kitab məsləhətləri almaqdan yorulmuruq. Amma müəyyən bir yaş dövrü var ki, bu mərhələdə məhz xüsusi bir şey aşılayan yox, rahat və oxunaqlı olduğu üçün sadəcə qiraəti vərdişə çevirmək məqsədinə xidmət edən kitablardan yararlanmaq lazımdır. Hərfləri yeni öyrənmiş uşaqların (bu elə çox gec yaşlarda oxumağı öyrənənlərə də aiddir – red.) həyat haqqında kitablardan, qəhrəmanlardan öyrəndiklərinin 86%-ni bir il sonra unutduqları təcrübələrlə təsdiqlənib. Odur ki, onları ağır hekayələrlə yükləmək qiraətdən soyutmaqla nəticələnə bilər. Dünya uşaq ədəbiyyatında uşaqlarda məhz qiraəti vərdişə çevirmək məqsədilə yazılmış nümunələr var. "nytimes” ədəbiyyat redaktorlarının hazırladığı siyahı ilə tanış olun:
· Brian Selznik, Devid Serlin – "Bala Meymun, gizli göz” ("Baby Monkey, private eye”)
· Sara Varon – "Robotun xəyalları” ("Robot dreams”), "Yeni Ayaqqabılar” ("New shoes”)
· Mo Uilyam – "Fil və Piqqi” ("Elephant and Piggie”)
· Brayan Kolliyer – "Ey, qara oğlan” ("Hey, Black child”)
· Brayan Selznik – "Hüqo Kabretin tapılması” ("İnvention of Hugo Cabret”)
banner

Oxşar Xəbərlər