• çərşənbə axşamı, 16 aprel, 11:59
  • Baku Bakı 14°C

“Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli”

11.05.18 13:30 549
“Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli”
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun vəGənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” adlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu gün ölkə həyatında elə bir sahə yoxdur ki, Heydər Əliyevin izi, imzası olmasın: "Təbii ki, həm sosial iqtisadi, həm mədəni, həm siyasi sahələrdə əldə etdiyimiz bütün uğurların, nailiyyətlərin təməlində Heydər Əliyevin müdrik siyasəti və uzaqgörən fəaliyyəti olub. Gənclər siyasəti də Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Ulu öndər gənclərə ata qayğısı ilə xüsusi münasibət göstərib, protokol qaydalarına məhəl qoymadan gənclərimizlə daim səmimi ünsiyyətdə olub, onların sevinc və kədərini bölüşüb, qayğılarına şərik çıxıb. Bu da təbii ki, Heydər Əliyevin gənclərin gözündə ucalmasına səbəb olub”.
F. Cəfərov bildirib ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı və gələcəkdə Azərbaycanın peşəkar kadrlarla təmin olunmasında əvəzsiz rol oynayıb: "Heydər Əliyev sovetlər dönəmində minlərlə Azərbaycan gəncini Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Moskvada, Kiyevdə, Peterburqda, Minskdə və digər şəhərlərdə ali təhsil almağa göndərib. Məhz bu kadrlar Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qurulmasına əvəzsiz töhfələr verib”.
Fondun icraçı direktoru qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyev gənclər siyasətini diqqət mərkəzində saxlayıb: "O dövrdə Azərbaycanda hərc-mərclik idi. Heydər Əliyev Azərbaycanı yalnız bu böhran vəziyyətindən xilas etməyib, həm də gələcək inkişafın əsasını qoyub. Azərbaycan gəncliyi gənclərimizi bugünkü işıqlı yola aparan uğurlu gənclər siyasətinin əsasını qoymuş Heydər Əliyevin xairəsini daim ehtiramla yad edirlər”.
Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva "Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev" modeli mövzusunda təqdimatla çıxış edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev aprelin 11-də keçirilən prezident seçkilərində xalqın quruculuğa və prezidentİlham Əliyevə səs verdiyini söyləyib. Bu il Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını xatırladan İ. Babayev Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu bildirib: "Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət yetirib. və bu siyasət bu gün prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirilir. Azərbaycanda əqidəli, vətənpərvər gənclik formalaşıb. Azərbaycan gənclər siyasəti bir model olaraq digər dövlətlər tərəfindən tətbiq olunur".
İ. Babayev ilk dövrlərdə gənclər üçün həyata keçirilən gənclər siyasətinin sonradan gənclərin iştirakı ilə həyata keçirildiyini qeyd edib: "Bütün rayon və şəhərlərdəGənclər və İdman Nazirliyinin qurumları mövcuddur. Gənclər Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mən inanmıram ki, hansısa ölkədə gənclər siyasətinə bu qədər önəm verilsin".
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Orucov Heydər Əliyevin hər zaman milli ideologiya daşıyıcısı olduğunu qeyd edib: "Heydər Əliyev Dövlət Təhlükəsizlik Xidmətində çalışdığı dövrdə milli kadrların irəli çəkilməsinə xüsusi diqqət yetirib. Sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev iqtisadi, mədəni inkişafına nail olub, dayanıqlı inkişaf üçün zəminlər yaradılıb. 1993-cü ildə Ali Sovetin sədri seçilərkən Heydər Əliyev ilk öncə məhz gənclərlə görüşüb. Bu dayanıqlı iqtisadi inkişaf və gənclər siyasəti prezidentİlham Əliyevtərəfindən davam etdirilir. Aprelin 11-də keçirilən prezident seçkilərində də xalqımız bu dayanıqlı inkişaf siyasətinə səs verdi".
S. Orucov Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Gənclər Təşkilatları Milli Şurasının sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Tədbir çıxışlarla davam edib.
banner

Oxşar Xəbərlər