• cümə axşamı, 25 aprel, 11:23
  • Baku Bakı 14°C

Müstəqil Azərbaycan AXC-nin varisidir

24.02.18 10:50 1273
Müstəqil Azərbaycan AXC-nin varisidir
Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu gün fəxr edirik ki, Azərbaycanımız hələ 100 il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində belə onları təmin edib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir.
AZƏRTACxəbər verir ki, bu fikirlər İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyevanın məruzəsi dinlənilib, sonra çıxışlar olub. Yüz il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığı diqqətə çatdırılıb.
Çıxışlarda, habelə vurğulanıb ki, ölkə başçısı tərəfindən bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
Tədbirdə Xalq Cümhuriyyətinin 100 iliyi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər