AZE | RUS | ENG |

Müstəqil Azərbaycan AXC-nin varisidir

Müstəqil Azərbaycan AXC-nin varisidir
Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu gün fəxr edirik ki, Azərbaycanımız hələ 100 il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində belə onları təmin edib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyevanın məruzəsi dinlənilib, sonra çıxışlar olub. Yüz il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığı diqqətə çatdırılıb.

Çıxışlarda, habelə vurğulanıb ki, ölkə başçısı tərəfindən bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.

Tədbirdə Xalq Cümhuriyyətinin 100 iliyi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000