• şənbə, 27 Aprel, 02:34
  • Baku Bakı 14°C

Müşfiq Ələsgərli: “Bu parad öncə ermənilərə xatırladır ki...

15.09.18 15:07 676
Müşfiq Ələsgərli: “Bu parad öncə ermənilərə xatırladır ki...
"Bu gün Bakıda keçiriləcək Hərbi Parad Bakının erməni-bolşevik güclərindən azad edilməsinin 100 illiyinə həsr edilsə də, mənim fikrimcə, ümumilikdə bir neçə istiqamətlər üzrə mesajlar verir”. BunuSİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
"Bu parad öncə ermənilərə xatırladır ki, azərbaycanlılar tarixin düzəninə təsir etməyi bacaran, öz layiqli yerini qorumağa bacaran xalqlardan biridir və ayağa qalxanda qarşısındakı hər kəsi, o cümlədən, erməniləri rüsvayçı məğlubiyyətə uğratmağı bacarır. Bu, 1918-ci ildə olduğu kimi, bu gün də təkrarlana bilər və təkrarlanır. 2016-cı ilin aprel hadisələri, 2018-ci ilin Naxçıvan olayları göstərdi ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu erməniləri çox rahatlıqla məğlubiyyətə uğrada bilir. Bu zəfər yürüşü bu gün də davam edir və qələbə paradı uzaqda deyil. 15 sentyabr Paradının dünyaya verdiyi mesajlardan biri də budur ki, "Bir millət, iki dövlət" şüarı sözçülük deyil, tarixən sınaqdan çıxmış, bu gün də yaşayan bir dəyərdir, reallıqdır. Azərbaycan və Türkiyə 100 il öncə olduğu kimi, bu gün də birdir, çiyin-çiyinə döyüşür, mübarizə aparır. Bunu bütün dünya, o cümlədən, ermənilər görüb dərk etməlidirlər. Bu iki qardaş 100 il öncə olduğu kimi, bu gün də qələbə çalmaq əzmindədir və bu qələbə tezliklə reallaşacaq”-deyə, sədr müavini fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər