• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri”

30.11.19 09:20 456
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri”
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və prof. Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun "Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri" mövzusunda birgə keçirdiyi elmi-praktik konfrans öz işini panellərlə davam etdirir.
İnstitutdan Trend-ə verilən məlumata görə, "Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri", "Müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq" mövzusunda keçirilən panellər Əhməd Yasəvi Universiteti İdarə Heyətinin sədri prof. Musa Yıldız, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinovun moderatorluğu ilə baş tutub.
Panellərdə "Elmi mirasımız, gələcək təxəyyülümüz"; "Prof. Dr. Fuad Sezgin nəzərində riyazi düşüncə tarixinin inkişafı"; "Müasir İslam dünyasında elm"; "İslam elm tarixində tənəzzülün səbəblərinə Fuad Sezgin yanaşmasının təhlili"; "Armin Vamberinin verdiyi məlumatlar işığında Türkistanda yaşamış müsəlman elm adamları"; "Elm-din münasibətlərində yenilik axtarışlarının təzahürü olaraq elmi təfsir"; "Farabinin utopik baxışlarının Azərbaycan ədəbiyyatında əksi"; "Azərbaycanın Şirvan bölgəsində türk-müsəlman ziyalılarının ədəbi, pedaqoji və mətbuat sahələrində fəaliyyəti (XIX-XX əsrin əvvəlləri)", "İbn Qüteybə yaradıcılığında qəsidə quruluşunun təhlili"; "Abdulqahir əl-Cürcaninin ərəb poetika elminə gətirdiyi yenilik: təlil sənəti" və "Türk-müsəlman alimi Əbu Nəsr əl-Farabinin "Kitəb əl-musiqa əl-kəbir" əsərinin dünya musiqi elmində yeri" mövzusunda məruzələr dinlənilib.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma təşkil etməkdir.
Konfransın materialları kitab şəklində çap olunacaq.
banner

Oxşar Xəbərlər