• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

Müsavatın saxta arayış qalmaqalı səngimək bilmir - Fotolar

31.07.19 18:38 10466
Müsavatın saxta arayış qalmaqalı səngimək bilmir - Fotolar
Radikal müxalifət partiyalarında arayış biznesinin çiçəklənməsi barədə zaman-zaman yazılarımız olub. Həmin yazılarda qeyd etmişik ki, müxalifət funksionerləri, xüsusən də siyasi təşkilat sədrləri müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınmaq istəyənlərə pul qarşılığında saxta sənədlər düzəldirlər. Beləliklə də dünənə kimi heç bir siyasi fəaliyyəti olmayan, cəmiyyət tərəfindən ictimai fəal kimi tanınmayan şəxslər birdən-birə "siyasi məhbus”, "vicdan məhbusu”, "siyasətçi”, "müxalifət partiyasının üzvü” adı altında Avropaya ayaq açırlar. Bir neçə gündür ki, Müsavat Partiyasında bu mövzuda qalmaqal yaşanır. Müsavatçı adı altında xaricə sığınanlar partiyanın vəsiqə və arayışlarının saxta olduğunu, Avropada bu siyasi təşkilata etimadsızlıq göstərildiyini, hətta məhkəmələrin də sözügedən qurumun "sənədlərinə” şübhə ilə yanaşdığını, qəbul etmədiklərini vurğulayıblar.

Həqiqətlə uzlaşmayan "rəylər”
Hazırda Avropada yaşayan mühacir Yafəz Həsənov bir neçə gündür ki, "Facebook”da bu məzmunda statuslar paylaşır. İyulun 30-da o, növbəti statusunu da məhz Müsavat Partiyası rəhbərliyinin arayış və vəsiqələrinə həsr edib. Y.Həsənov müxalifətçilərə müraciət edərək, Müsavat Partiyası rәhbәrliyinin arayış vә vәsiqәlәrinә aldanıb, Avropaya siyasi mühacirәtә gәlmәməyi tövsiyə edib. Qeyd edib ki, hәmin arayışlarda yazılanlara artıq Avropanın miqrasiya idarәlәri inanmır: "Bu ilin mart ayından etibarәn yüzlәrlә Müsavat arayışı tәqdim edәn mühacirlәrә arayışda yazılan mәlumatların yalan olduğu haqda bildirişlәr göndәrilib, ardınca da neqativ qәrar. Yәni, deportasiya qәrarı. Hәmin arayışlar saxta olmasa da (Arif Hacılı yaxud Gülağa Aslanlınım hәqiqi imzasıyla), miqrasiya idarәlәri arayışın içәrisindә yazılan mәlumatları hәqiqәtә uyğun olmayan, saxta kimi dәyәndirir”.

Avropa artıq bu "sənədlərə” inanmır
Y.Həsənov qeyd edib ki, Müsavat Partiyası rәhbәrliyi hәr il yüzlәrlә şәxsә içәrisindә yalanla dolu informasiya olan arayışlar verib, Avropaya mühacirәtə yola salır. Onun sözlərinə görə, məhz buna görə də Avropa artıq bu "sənədlərə” inanmır: "Arayışların mәtni tәxminәn belә olur: "Müsavat Partiyasının aktiv üzvü olub, polis tәzyiqinә mәruz qalıb, dәfәlәrlә hәbs olunub, işgәncәlәrә mәruz qalıb, Azәrbaycana geri qaytarılsa yenidәn hәbs olunacaq”. Proses isə belә baş verir: Mühacirәtә getmәk istәyәn şәxs tapılır, yaxud özü gәlib bunları tapır. O mühacirәtdәn bir neçә ay әvvәl partiyaya üzv qәbul olunur, bu müddәt әrzindә partiya rәhbәrliyindәki lazım olan şәxslәrlә hәr hansı yığıncaqda yanaşı şәkil çәkdirir, daha sonra arayışı vә vәsiqәsini dә alıb yoluna davam edir. Bәzәn olur ki, şәxs Avropaya mühacirәtә gәldikdәn sonra partiya onu üzv qәbul edir, daha sonra arayış vә vәsiqә ilә tәmin edir. "Özünü yaxşı aparan” potensial mühacirәtçilәr dә var ki, onların qәbul tarixi üçün arxivә dә әl gәzdirmәk mümkündür. Bir dә baxırsan birisi Avropada peyda oldu, vәsiqәsin gösәrәrәk deyir ki, 5 iıdir müsavatçıyam. Ancaq, partiya bileti vә arayışı verәnlәrdәn başqa partiyada heç kim tanımır onları”.

Müsavat başqanı Qüdrət Həsənquliyev, Hafiz Hacıyev
Y.Həsənov bildirib ki, bu proses uzun illәrdir davam edir: "Son vaxtlar isә hәddini aşdığından miqrasiya idarәlәri şübhәlәnib. Axı, Azәrbaycan kimi kiçik ölkәdә bir partiyada nә qәdәr tәqiblә üzlәşәn üzv ola bilәr? Üstәlik, partiya başqanı hakimiyyәtә qarşı loyaldı, elә dә ciddi mübarizә aparmır, partiyanı passivlәşdirib. Haqlı fikir yaranır ki, bu cür fәaliyyәt göstәrәn başqanın bu sayda sıravi üzvlәri repressiyaya necə mәruz qala bilər? Arayışlardakı mәlumatları şübhәli edәn mәqamlardan biri isә çox maraqlıdır. Dindirilmә zamanı arayış tәqdim edәn şәxslәr çox vaxt partiya ilә bağlı elementar suallara cavab verә bilmirlәr. Bәzәn olub ki, Müsavat başqanın adını soruşanda Qüdrәt Hәsәnquliyev, hәtta Hafiz Hacıyev deyәnlәr olub. Әn yaxşı halda Gülağa Aslanlı deyәn dә var. Çünki, arayışların çoxu onun imzasıyla verilir deyә, elә bilirlәr başqan da odur. Bu arayışlarla mühacirәtә gәlәnlәr arasında hәqiqi, tәzyiqlә üzlәşәn müsavatçılar da var. Onların sayı çox azdır. Bu arayışların cәmi 5-7 faizi haqq edәnlәrә verilәnlәrdir. Buna baxmayaraq, Müsavat arayışlarına ucdantutma inamsızlıq onlara da şamil edilir”.
Gülağa Aslanlının yazdıqlarına inanmayıblar
Y.Həsənov bildirib ki, bəzi hallarda 10 illәrlə Müsavat üzvü olan, hәqiqәtәn tәzyiq vә tәqiblәrә mәruz qalan şәxslәrә partiya rәhbәrliyi arayış vermәkdәn imtima edib: "Buna misal olaraqŞamil Beydullayev, Ehtiram Әsgәrli vә onlarla başqasını misal çәkmәk olar. Onsuz da bu şәxslәrin çoxu arayışsız siyasi status ala biliblәr. Ancaq niyә halal arayışların ala bilmәyiblәr, partiya rәhbәrliyi cavab versin? Arayış saylarının şişmәsini istәmәyiblәr? Haqlı sual yaranır: Ortada hansı maraq var ki, sırf mühacirәtә göndәrilmәk üçün 2-3 ay öncә partiyaya qәbul olunanlara arayış dәrhal verilir, 5-25 ilin müsavatçısı belә arayışı ala bilmir?”
"Haqq edilmәyәn siyasi mühacirlik almağa cәhd”
Y.Həsənov siyasi mühacir adı altında xaricdə sığınacaq almaq istəyənlərə üzünü tutaraq qeyd edib ki, pullarını havayı yerә xәrclәyib bu cür arayışlar almağa cәhd etmәsinlər: "Pul deyәndә әn azından arayış almaq üçün partiya qәrargahını gedib-gәlmәk üçün xәrclәdiyiniz yolpulunu nәzәrdә tuturam. Başqa, böyük xәrclәr dә mümkündür. Onsuz da bu arayışlara inanmayacaqlar vә siz geri qaytarılacaqsız. Mәnasız kağızlar üçün xәrclәdiyiniz pullarla әn az 3-4 ay ailәnizi dolandıra bilәrsiz. Әgәr 25-30 ilin müsavatçıları bu arayışlarla status ala bilmirlәrsә, siz necә alacaqsız? Artıq Avropada Azәrbaycandan gәtirilәn tәqib vә tәzyiqi "sübut” edәn saxta polis sәnәdlәrinә vә Müsavat arayışlarına münasibәtdә demәk olar ki, heç bir fәrq qoyulmur. Hәr ikisi "haqq edilmәyәn siyasi mühacirlik almağa cәhd”dә yardımçı vasitә kimi dәyәrlәndirilir Ümumiyyәtlә, mәslәhәtim budur ki, hәyatınıza hәqiqәtәn, 100 faizlik tәhlükә yoxdursa, siyasi mühacir adı ilә Avropaya gәlmәyin. Bir müddәt kamplarda saxladıqdan sonra geri göndәrәcәksiniz”.

Canfəşanlıq edən "çayxana siyasətçisi”
Y.Həsənovun bu statusunun altına Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Səxavət Soltanlı rəy yazaraq deyilənləri təkzib etməyə, təmsil olunduqları təşkilatın mövqeyini müdafiə etməyə çalışsalar da sosial şəbəkə istifadəçilərinin haqlı sualları və ortaya qoyduqları faktlar qarşısında aciz qalıblar. Tutarlı faktlarla G.Aslanlını küncə sıxan Zakir Ağayevi icra aparatının rəhbəri "bloka” atmaqla "zərərsizləşdirib”. Partiya ünvanına səsləndirilən ittihamlara ironik yanaşma ortaya qoymaq istəyən Səxavət Soltanlıya isə "çayxana siyasətçisi” ayaması vurub rəy yazdığına peşman ediblər. Gün ərzində statusun altındakı rəy bölməsində bu sayaq qarşılıqlı ittihamlar davam etdirilib.
Alpər TURAN



banner

Oxşar Xəbərlər