• cümə axşamı, 28 mart, 17:54
  • Baku Bakı 16°C

Müsavatın ən zəif mitinqi...

18.12.14 11:05 1026
Müsavatın ən zəif mitinqi...
“Müsavat kimi böyük bir partiyanın bu cür azsaylı mitinq keçirməsi təəssüf hissi doğurur. Səhv etmirəmsə, bu, Müsavat Partiyasının keçirdiyi mitinqlər içərisində say, vaxt və əhval-ruhiyyə baxımından ən zəifi idi”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiyanın dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, mitinqin təşkilində də qüsurlar olub və təşkilatçılar bu barədə ciddi düşünməlidirlər. V. Əyyub mitinqin zəif keçməsinə partiyadakı narazılıqların də təsir etdiyini vurğulayıb: “Mən mitinqdəki vəziyyətin müzakirə edilərək, bir nəticəyə gəlinməsinin tərəfdarıyam. Təbii ki, ilk baxışda görünən odur ki, partiya daxilində ciddi narazılıqların olması mitinqin əhval-ruhiyyəsinə də təsir edib. Ancaq səbəblər yalnız bu deyil”
banner

Oxşar Xəbərlər