• cümə axşamı, 25 aprel, 05:48
  • Baku Bakı 19°C

“Müsavatda ədalətsiz qurultay keçirilib, ciddi saxtalaşdırma olub”

11.11.14 12:03 1207
“Müsavatda ədalətsiz qurultay keçirilib, ciddi saxtalaşdırma olub”
“Müsavat Partiyasında fraksiya yarana bilməz”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S.Novruzov deyib ki, Müsavat Partiyasında ədalətsiz qurultay keçirilib, ciddi şəkildə saxtalaşdırma olub. Onun sözlərinə görə, əvvəlcədən planlaşdırılmış şəkildə qurultaya nümayəndələr seçilib: “Qurultaya nümayəndələrin seçilməsi işini təşkil edən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi neytral şəxslərdən təşkil edilməli idi. Ancaq prosesə Müsavat Partiyasının İcra Aparatı rəhbərlik etdi və İcra Aparatının rəhbəri Arif Hacılı da başqanlığa namizədliyini irəli sürdü. Aydındır ki, qurultaya da öz adamlarını seçdilər. Bu da sonradan bəlli oldu. Ona görə də partiyanın bir sıra tanınmış simaları buna etiraz etdi, istefa verdi, bir hissəsi də yenidən qurultayın keçirilməsi tələbi ilə çıxış etdi”.
S.Novruzov Müsavat Partiyasını iki perspektivin gözlədiyini bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası ya parçalanacaq, yaxud yeni qurultay keçiriləcək: “Yenidən ədalətli şəkildə qurultay keçirilməsə, Müsavat Partiyası parçalanacaq, bir neçə partiya yaranacaq. Bu partiyada fraksiya yarana bilməz. Çünki partiyada fikir plüralizmi məsələsi ortaya çıxır, təklif və rəylərin irəli sürülüb dəstəklənməsi üçün fraksiya yaradılır. Burada isə sadəcə, sırf saxtakarlıqdan söhbət gedir. Ona görə də bu halda yalnız parçalanmadan, yeni təşkilatın yaranmasından, yaxud təkrar qurultayın keçirilməsindən söhbət gedə bilər”.
banner

Oxşar Xəbərlər