• cümə axşamı, 18 aprel, 19:17
  • Baku Bakı 21°C

Müsavat yüz faiz Milli Şuradan çıxacaq - Sərdar Cəlaloğlu

04.12.13 12:42 1373
Müsavat yüz faiz Milli Şuradan çıxacaq - Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının xarici ölkə vətəndaşı olduğu üçün Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsinə qarşı çıxmasını bəhanə sayır. S. Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin bəyanatı və partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının açıqlaması ilə tanış olub. O bildirib ki, R. İbrahimbəyovun xarici ölkə vətəndaşı olması faktı ilk dəfə ortaya çıxmır: “Rüstəm İbrahimbəyov Milli Şuranı yaradanda da xarici ölkə vətəndaşı idi və Müsavat Partiyası Milli Şuraya daxil olmuşdu. Mən Müsavat Partiyasının bu arqumentini bir bəhanə kimi qəbul edirəm, daha çox Müsavat Partiyasının Milli Şurada istədiklərini, müəyyən islahatları həyata keçirmək üçün bir tələb sayıram. Əgər Milli Şurada müəyyən qüvvələr Müsavat Partiyasına ciddi müqavimət göstərsə, Müsavat Partiyası yüz faiz Milli Şuradan çıxacaq”.
banner

Oxşar Xəbərlər