• cümə, 19 Aprel, 05:57
  • Baku Bakı 18°C

Müsavat Partiyasının VIII qurultayının sənədləri təsdiqləndi

16.01.15 09:52 1057
Müsavat Partiyasının VIII qurultayının sənədləri təsdiqləndi
Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayının sənədlərini təsdiqləyib.
Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanın VIII qurultayının nəticələrini qeydə alıb.
Xatırladaq ki, Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın başqanı seçilib. Lakin digər namizəd - Qubad İbadoğlu və onun tərəfdarları qurultaydan əvvəl və qurultayın gedişində pozuntulara yol verildiyini bildirərərk nəticələri tanımayıb.
banner

Oxşar Xəbərlər