• cümə, 19 Aprel, 14:14
  • Baku Bakı 25°C

Müsavat partiyasında seçki sonrası ilk istefa

08.10.14 11:04 906
Müsavat partiyasında seçki sonrası ilk istefa
"Gənclər klubu” İctimai Birliyinin həmtəsisçisi Z.Əkbər bu haqda öz "Facebook" səhifəsində bəyanat paylaşıb. Sözügedən bəyanatı olduğu kimi təqdim edirik:
"Düz on ildir ki, Müsavat Partiyasının üzvüyəm. Bir neçə il müddətində Müsavat Gənclər Təşkilatının təbliğat məsələləri ilə sədr müavini olmuşam. Bu müddət ərzində hər zaman üzərimə düşən işi çox ləyaqətlə yerinə yetirmişəm. Partiyada aktiv olduğum dövrlərdə heç bir qrupun və ya tərəfin adamı olmamışam.
Hər zaman Azərbaycanımızın banisi olan Məhəmməd Əmin Rəsulzadənin ideya və dəyərlərinin daşıyıcısı olmuşam. Bu istiqamətdəki mübarizəm indi də davam edir və bundan sonra da davam edəcək.
2007-ci ildən isə müstəqil olaraq ictimai-siyasi fəaliyyətə üstünlük vermişəm. Amma bununla yanaşı Müsavat Partiyasında sıravi üzv kimi qalmışam. Hazırda isə özümün gələcək ictimai-siyasi fəaliyyətimi, planlarımı daha çox müstəqil şəkildə həyata keçirəcəyimi və bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyimi nəzərə alaraq bu gündən Müsavat Partiyası sıralarından istefa verirəm. Partiyaya isə gələcək işlərində uğurlar arzulayıram”./qafqazinfo/
banner

Oxşar Xəbərlər