• cümə axşamı, 28 mart, 17:04
  • Baku Bakı 16°C

“Müsavat daxilində fraksiya yaradılmasının qarşısı alınacaq”

11.11.14 10:55 1235
“Müsavat daxilində fraksiya yaradılmasının qarşısı alınacaq”
Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini, partiyanın Məclis üzvü Gülağa Aslanlı deyib.
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının növbədənkənar qurultayın keçirilməsi və fraksiya yaradılması təkliflərinin dəyərləndirilməsi məqsədilə İşçi Qrupu yaratmasına münasibət bildirən G. Aslanlı qeyd edib ki, Müsavat Partiyasının daxilində fraksiya yaradılması Nizamnaməyə ziddir: “Bəzi şəxslər siyasi partiyanın Nizamnaməsi ilə ölkə qanunlarının fərqini anlamaqda çətinlik çəkirlər. Ona görə də bildirirlər ki, guya qanunla qadağan olunmayan şeylərə icazə verilir və bunu siyasi partiyanın Nizamnaməsinə də tətbiq etmək olar. Məncə, bu, yanlış fikirdir. Ümid edirəm ki, fraksiya yaratmaq istəyən insanlar bunun yanlış olduğunu dərk edib, iddialarından əl çəkəcəklər. Fraksiya yaradılacaqsa, partiya rəhbərliyi Nizamnaməyə zidd olan bu addımın qarşısını alacaq. Çünki partiyada hər iş Nizamnaməyə uyğun olmalıdır”.
G. Aslanlı yeni qurultayın çağırılmasına cəhd edənlərin məğlub olacağını vurğulayıb: “Mən bu məsələnin baş tutacağına böyük ehtimal vermirəm. Baş tutacaqsa, onlar qurultayın nəticələrini təftiş edəcəklərsə, uduzacaqları göz qabağındadır”.
banner

Oxşar Xəbərlər