• cümə, 26 Aprel, 05:05
  • Baku Bakı 16°C

Müşahidəçilər üçün seminar keçirilib - Fotolar

30.03.18 23:24 786
Müşahidəçilər üçün seminar keçirilib - Fotolar
Azərbaycan Respublikasında 11aprel2018-ci il tarixində keçiriləcəkprezident seçkilərindəYeniAzərbaycan Partiyası Gəncə şəhər Təşkilatındapartiyanı təmsil edən müşahidəçi və məşvərətçilərin fəaliyyəti ilə bağlı seminar keçirilib.Tədbirdə YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri, müşahidəçilər, məşvərətçilər və partiya fəalları iştirak ediblər.
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, 11 aprel-növbədənkənar prezident seçkilərindən, seçkilərlə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.Bildirib ki, artıq prezident seçkilərinin ən məsul mərhələsindəyik. Bu hüquqi-siyasi kampaniyanın yüksək səviyyədə, demokratik prinsiplərə uyğun şəffaf və obyektiv şəraitdə keçirilməsində müşahidəçi və məşvərətçilərin üzərinə böyük məsuliyyət düşür. Yeni Azərbaycan Partiyası tərəfindən Seçki Dairələri və məntəqələrdə 111 müşahidəçi, 111 məşvərətçi səsvermə prosesini izləyəcək. Müşahidəçi və məşvərətçilərimiz şəhərin ictimai-siyasi həyatında nümunə göstərən, əvvəlki seçkilərdə müəyyən təcrübəsi olan, cəmiyyətdə nəcib keyfiyyətləri ilə nüfuz qazanan insanlardır. Şübhəsiz ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, öz missiyalarını layiqincə yerinə yetirəcək, bu məsul kampaniyanın uğurla başa çatmasına çalışacaqlar.

Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti 11 aprel- Seçki Günündəulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı Prezident cənabİlham Əliyevi dəstəkləyəcək və öz səsini həmişə xalqının yanında olan liderinə verəcək. YAP Gəncə şəhər Təşkilatının 50 minlik üzvü də öz növbəsində ölkə Başçımız, Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevin seçkilərdə qələbə qazanması uğrunda əzimlə çalışacaq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərəcək.

YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvlərindən Fuad Əliyev, İbrahim Cəfərov və digər çıxış edənlər Prezident cənab İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsindən, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməsindən, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişdiyindən danışıblar. Bildiriblər ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və doğma Gəncəmiz günü-gündən inkişaf edir. Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə, növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.

Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verilib.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə müşahidəçiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.




banner

Oxşar Xəbərlər