• cümə, 19 Aprel, 04:22
  • Baku Bakı 18°C

Müsahibə mərhələsində altı min müəllim iştirak edəcək

19.08.17 20:00 2077
Müsahibə mərhələsində altı min müəllim iştirak edəcək
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd müraciət edib. Onlardan təxminən 40 mini test imtahanı mərhələsinə qatılıb. Altı minə yaxın müəllim isə növbəti müsahibə mərhələsinə keçid hüququ əldə edib. Həmin namizədlər üçün avqustun 21-dən etibarən müsahibə mərhələsi təşkil olunacaq.
AZƏRTACxəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarından hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçiriləcəyi tarix, məkan və saat barədə məlumatlar göndərilib. Bütün namizədlər şəxsi səhifələrinə daxil olmaqla müsahibənin keçirilmə yeri və tarixi barədə məlumat əldə edə bilərlər.
E.Bağırov deyib: "Müsahibə mərhələsində namizədlərin peşəkar bilikləri yoxlanılacaq, açıq dərs formatında onlara təqdim olunmuş mövzular üzrə dərs aparılacaq. Komissiya meyarlar üzrə qiymətləndirmə aparacaq və yekun qərar qəbul ediləcək. Bütün müsahibələr başa çatandan sonra əmr layihəsi hazırlanacaq və nəticələr elan olunacaq. Nəticə müəllim adını qazanan namizədlərin şəxsi səhifəsinə, əmr layihəsi yerli təhsili idarəetmə orqanlarına göndəriləcək. İmtahana gələ bilməyən və ya müsabiqə şərtlərini ödəyə bilməyən namizədlər üçün əlavə test imtahanı və müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb”.
banner

Oxşar Xəbərlər