• çərşənbə, 24 Aprel, 12:43
  • Baku Bakı 27°C

“Müsabiqəylə işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir”

04.05.18 14:45 744
“Müsabiqəylə işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir”
"Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin nəticəsində işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, əvvəllər olduğu kimi bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqə bir neçə mərhələdə keçiriləcək: "İlk olaraq sistem daxilində olan, ailə vəziyyəti, yaxud da yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müsabiqədə iştirak etmək hüququ qazanırlar. Biz bunu iyun ayında keçiririk. Düşünürəm ki, bu il də həmin müsabiqə iyun ayında baş tutacaq”.
C. Bayramov qeyd edib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə qaydalarında dəyişikliklər nəzərdə tutulmayıb.
banner

Oxşar Xəbərlər