AZE | RUS | ENG |

Müsabiqənin nəticələri açıqlanıb

Müsabiqənin nəticələri açıqlanıb
Azərbaycan Respublikası Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqə nəticəsində 47 nəfər qalib elan olunub.
Gənclər Fondu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə mayın 23-dən iyunun 23-dək müsabiqə elan edib. Qurumun müəyyənləşdirdiyi qaydalara uyğun olaraq müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi Fondun təqdim etdiyi universitetlərin, ixtisası isə prioritet ixtisaslar siyahısında yer alan şəxslər iyulun 15-31-də həyata keçirilən müsahibələrə dəvət olunublar.
Müsahibələrin nəticələrinə görə şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və sair) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil aparılaraq "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 47 nəfərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib. Qaliblərdən 15-i Böyük Britaniya, 14-ü Almaniya, 5-i İtaliya, 3-ü Norveç, 2-si Niderland,
2-si Rusiya, 2-si Fransa, 1-i İsveç, 1-i Finlandiya, 1-i ABŞ, 1-i isə İspaniyanın nüfuzlu universitetlərinə qəbul olunublar.
Gənclərin təhsil xərcləri Fondun mayın 23-də elan etdiyi müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən ödəniləcək.
Nəticələr barədə məlumat Fondun www.youthfoundation.az rəsmi internet səhifəsində dərc olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964