• cümə axşamı, 18 aprel, 20:44
  • Baku Bakı 21°C

Musa Quliyev: Kremldə kifayət qədər ağıllı qüvvələr var və onlar ÜAK-la bağlı məsələni həll edəcək

20.05.17 10:15 1199
Musa Quliyev: Kremldə kifayət qədər ağıllı qüvvələr var və onlar ÜAK-la bağlı məsələni həll edəcək
Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi iki ölkə münasibətlərinin inkişafını istəməyən qüvvələrin sifarişidir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu qərar ermənipərəst qüvvələr və ya Rusiya hüquq sistemində çalışan ermənilərin dəstəyi ilə qəbul olunub: "Düşünmürəm ki, qərarın qəbul olunması Rusiya - Azərbaycan münasibətlərini korlasın. Rusiyada, o cümlədən Kremldə kifayət qədər ağıllı ziyalılar və qüvvələr var və onlar bu məsələni həll edəcək".
M.Quliyevin sözlərinə görə, ÜAK-la bağlı mövcud qərarın dəyişdirilməsi üçün Rusiya deputatları, rus icmaları və ziyalılar tərəfindən müəyyən fikirlər səsləndirilir: "İndi hansı variantlar seçiləcək, hələlik məlum deyil. Amma istənilən halda düşünürəm ki, ÜAK fəaliyyətini davam etdirəcək və Rusiya - Azərbaycan münasibətləri əvvəlki templə inkişaf edəcək. Çünki, bu Rusiya məhkəmə orqanlarının tarixi bir səhvidir. Düşünürəm ki, həmin səhvin düzəldilməsini Rusiyanın hakimiyyət dairələri təmin edəcək".
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
banner

Oxşar Xəbərlər