• cümə, 29 Mart, 18:01
  • Baku Bakı 14°C

Musa Qasımlı: Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib

28.11.19 15:37 681
Musa Qasımlı: Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib
Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib. Bunu sübut edən çoxlu arxiv sənədləri və mənbələr var.
Bu fikri "Qafqazda terror” mövzusunda respublika elmi konfransındaAZƏRTAC-a müsahibəsində Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O bildirib ki, konfransın keçirilməsində məqsəd tədqiqatçıların diqqətini bu istiqamətə çəkməkdir. Konfrans respublika səviyyəli olsa da, burada 112 nəfər yerli məruzəçi ilə yanaşı, 6 ölkədən 10-a yaxın nümayəndə məruzə edəcək.
"Konfrans Prezident İlham Əliyevin son vaxtlarda erməni terror təşkilatları və terroru haqqında söylədiyi fikirlərdən irəli gələn elmi-nəzəri məsələlərin həllinə də kömək edəcək. Bəzən yanlış olaraq düşünürlər ki, erməni terror təşkilatları təkcə azərbaycanlılara qarşı terror törədiblər. Bugünkü konfransda erməni terror təşkilatlarının Qafqaz regionunda ruslara, gürcülərə və digər xalqlara qarşı da terror törətdikləri haqqında məruzələr dinləniləcək, müzakirələr aparılacaq. İnanıram ki, bu məruzələr mövzu istiqamətində yeni tədqiqatların aparılmasına təkan verəcək”, - deyə Musa Qasımlı qeyd edib.
banner

Oxşar Xəbərlər