• cümə, 29 Mart, 17:24
  • Baku Bakı 14°C

Musa Qasımlı: Ölkəmizin təhsil sistemində böyük islahatlar həyata keçirilir

17.05.19 14:30 554
Musa Qasımlı: Ölkəmizin təhsil sistemində böyük islahatlar həyata keçirilir
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizdə elmin və təhsil sisteminin inkişafı istiqamətlərində böyük islahatlar həyata keçirilir. Zamanın tələbindən irəli gələn bu islahatların aparılmasında başlıca məqsəd elm və təhsilin səviyyəsinin ölkənin sürətli inkişafı istiqamətində ən müasir tələblərə cavab verməsini təmin etməkdir.
Bu fikriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, bu gün Azərbaycanın ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib və onlar yüksək səviyyədə maddi-texniki baza ilə təmin olunub.
"Təhsil əsasən üç təməl üzərində dayanır: maddi-texniki baza, kadrlar və sosial məsələlər. Bu gün Azərbaycanda təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir. Son illərdə 3200-dən çox məktəb tikilib və təmir edilib. Ölkədə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. Sosial məsələlər daim dövlətin diqqətindədir. Kadr problemləri də tədricən həll olunur. Yaxşı haldır ki, əvvəlki illərdən fərqli olaraq indi qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti müəllimlik peşəsini seçirlər”, – deyə Musa Qasımlı qeyd edib.
banner

Oxşar Xəbərlər