AZE | RUS | ENG |

“Ömürdən uzun gecə” tamaşasının premyerası olub

“Ömürdən uzun gecə” tamaşasının premyerası olub
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı may 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin "Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.
 
Bu barədə APA-ya teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
 
Rollarda əməkdar artistlər Vaqif  Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış ediblər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN