• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

Murat Boz ilə birlikdə möhtəşəm qala gecəsi keçiriləcək

06.03.19 18:08 958
Murat Boz ilə birlikdə möhtəşəm qala gecəsi keçiriləcək
"CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə 13 mart, 19:30-da Elektra Events Hall-da "Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək.
Filmin rejissoru Şenol Sönmez. Rollarda Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu.
Qısa məlumat: "Öldür beni sevgilim” filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Biletləri İticket-in satış mərkəzlərindən əldə edə bilərsiniz!
Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
banner

Oxşar Xəbərlər