• çərşənbə axşamı, 23 aprel, 10:48
  • Baku Bakı 20°C

Murat Boz Bakıya gəlir

28.01.14 13:06 1465
Murat Boz Bakıya gəlir
Murat Boza görə, səhnədə performans zamanı təkcə oxumaq yetərli deyil, çünki tamaşaçının qulaq zövqünü oxşamaqla yanaşı, eyni zamanda onun göz zövqünü də nəzərə almaq vacibdir. Buna görə də, Boz səhnə performanslarında dünyaca məşhur pop ulduzu Madonnanı hər zaman özünə örnək hesab edir.
Xatırladaq ki, müğənniliklə yanaşı, söz yazarı və bəstəkar kimi də fəaliyyət göstərən Murat Boz “World Consumer Academy”, Kral TV Video-Musiqi”, “İstabul FM Altın”, “Altın Kelebek” mükafatları laureatıdır.
Türkiyədə olduğu kimi, Azərbaycanda da çox populyar olan sənətçinin Bakıda ilk solo konserti Novruz bayramı ərəfəsində Murat Boz sevənlər üçün möhtəşəm hədiyyə olacaq.
Biletləri şəhərin bütün kassalarından 30 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər