Murad Dadaşovun obyektini qarət etdilər
Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil./milli.az/