Murad Bozun Bakı konserti üçün Türkiyə telekanalları Azərbaycana gəlir
"Kral TV” rəhbərliyi
Azərbaycana səfər edəcək.
Kaspi.az xəbər verir ki, konsertin media
sponsorlarından biri olan Kral TV rəhbərliyi və o cümlədən Kral TV-nin çəkiliş
heyəti 21 dekabrda Bakı Konqres mərkəzində keçiriləcək olan Murad Bozun
konsertində iştirak edəcək. Kanalın çəkiliş komandası Murad Bozu izləməyə gələn
Azərbaycanlı məşhurlarla da reportajlar edəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycanda
ilk dəfə keçiriləcək konsertdə yerli TV media ilə birgə türkiyəli media
sponsorlarından biri olan Kral TV iştirak edəcək.