AZE | RUS | ENG |

“Müraciətimizə cavab verilməyib”

“Müraciətimizə cavab verilməyib”
Əli Abbasov Avropa Komissiyası vitse-prezidentinin kompüterinin Bakıda kiber hücuma məruz qalması haqda iddialara münasibət bildirib


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa Komissiyasının vitse-prezidenti Neli Kros (Neelie Kroes) və onun siyasi məsələlər üzrə köməkçisinin noutbuklarının Bakıda kiber hücuma məruz qalması haqda iddialara münasibət bildirib.

Ə.Abbasov jurnalistlərə açıqlamasında deyib ki, hər hansı istifadəçi kiber hücuma məruz qalarsa, öz provayderinə müraciət etməlidir: “Hazırda ölkəmizdə 40-a yaxın provayder fəaliyyət göstərir. Həmin provayderlər kiber hücumları izləyir və nazirliyin Məlumat-Hesablama Mərkəzinə məlumat verir. Mərkəz də həmin hücum faktını qeydə alır. Bizim provayderlərə və Məlumat-Hesablama Mərkəzinə heç bir müraciət daxil olmayıb. Biz o xanıma müraciət etmişik ki, hücumun vaxtını, kompüterin identifikasiya nömrəsini və kiber hücum vaxtı internetdə olublarsa, İP ünvanını bizə bildirsin. Biz qısa müddətdə araşdırma aparıb məsələyə aydınlıq gətirə bilərik. Lakin təəssüf ki, bizə hər hansı cavab verilməyib”.

Xatırladaq ki, Bakıda keçirilən 5-ci beynəlxalq İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti N.Kros və onun siyasi məsələlər üzrə köməkçisi Rayan Hit notbuklarının kiber-hücuma məruz qaldığını iddia ediblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000