• cümə axşamı, 18 aprel, 20:12
  • Baku Bakı 21°C

“Ömür qatarı”na tələsənlər

16.01.18 16:10 2824
“Ömür qatarı”na tələsənlər
Yanvarın 22-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qırğız yazıçısı Mar Bayciyevin "Ömür qatarı” tamaşasının premyerasını nümayiş etdirəcək.
Pyesin adı "Sonuncu reys” olsa da rejissor onu "Ömür qatarı” adlandıraraq tamaşaya fərqli yozum tərzi qatıb. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər Əliyev bizə açıqlamasında bildirdi ki, pyesi şair-dramaturq Hidayət tərcümə edib: "Yeni il ərəfəsində ilk tamaşanı planlaşdırmışdıq. Amma dekabrda teatrımız rayonlarda qastrol səfərlərində olduqlarından və digər səbəblərdən premyeranı Yanvarın 22-nə təyin etdik. Onu da qeyd edim ki, bu tarixi özüm seçdim, çünki həmin gün mənim doğum günümdür. Əsərdə hadisələr birinci hissədə sərnişin qatarında, vaqonunda cərəyan edir. İkinci hissədə isə qatardan enmiş səhrada qatar yolunun üzərində hadisələr baş verir. Hansı ki, bu qatarda iki nəfər gənc evlənməyə , bir nəfər qadın isə nə vaxtsa qısa vaxtda sevdiyi oğlanın qəbrini ziyarətə gedir. Tamaşada müxtəlif talelər əks olunur. Çox maraqlı və bir o qədər də düşündürücü bir əsərdir”.
Rejissor bizimlə söhbətində qeyd etdi ki, bu onun uzun müddətdən sonra paytaxt tamaşaçıları qarşısında ilk premyerası olacaq.
Rollarda Esmiralda Şahbazova (əməkdar artist), Vaqif Kərimov (əməkdar artist), aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Ceyhun Əliyev, Əmrulla Nurullayev, Şəbnəm Cəbrayılova, Natiq Həziyev, Oqtay Mehdiyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynov, Tural Xəlilzadə, Elçin Hacıyev, Zülfiyyə İsmayılova, Rövşən Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir. Tamaşa saat 19:00-da başlayacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər