• cümə, 26 Aprel, 00:58
  • Baku Bakı 16°C

Müqaviləni uzatmır, ehtiyatda qalacaq

19.12.18 11:45 634
Müqaviləni uzatmır, ehtiyatda qalacaq
PSJ-nin yarımmüdafiəçisi Adrien Rabo mövsümü qalan hissəsində ehtiyatda oturmalı olacaq.
Kaspi.az xəbər verir ki, bu barədə PSJ-nin idman direktoru Antero Enrike məlumat verib. O, bildirib ki, Rabo müqaviləni uzatmadığı üçün belə qərar qəbul edilib:
"Rabo mənə dedi ki, müqaviləni uzatmayacaq. O, mövsümün sonunda PSJ-ni tərk etmək istəyir.
Bundan sonrakı plan tam aydındır. Rabo mövsümün sonuna qədər ehtiyatda oturacaq”.
Rabonun PSJ-i ilə qüvvədə olan müqaviləsi 2019-cu ilin yayında başa çatır. Onunla "Barselona”, "Liverpul” və "Yuventus” maraqlanır. Rabo 8 ildir ki, PSJ-də çıxış edir.
banner

Oxşar Xəbərlər