• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

Müqaviləni uzatdı, söz-söhbətə son qoydu

05.09.17 15:35 1026
Müqaviləni uzatdı, söz-söhbətə son qoydu
Dieqo Simeonenin "Ateltiko”nu tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətə son qoyulub.
Kaspi.az xəbər verir ki, Simeone "Atletiko” ilə müqaviləni uzadıb. O, 2020-ci ilə qədər "hindular”ı çalışdıracaq.
Argentinalı mütəxəssisin qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatırdı. O, "Atletiko”nu 2011-ci ildən çalışdırır. Simeone məsələyə belə münasibət bildirib:
"Mən qalıram. Ona görə ki, bu klubun gələcəyi var. Bu həm də bizim gələcəyimizdi”.
Komanda onun rəhbərliyi altında İspaniya çempionu olub, İspaniya kubokunu və Superkubokunu qazanıb. Bundan əlavə, "hindular” Avropa Liqasının və UEFA Superkubokunun da qalibi olub.
banner

Oxşar Xəbərlər