• cümə, 29 Mart, 09:42
  • Baku Bakı 5°C

Müqaviləni uzatdı, 2024-cü ilə qədər

30.01.19 13:30 605
Müqaviləni uzatdı, 2024-cü ilə qədər
Xordi Alba "Barselona” ilə yeni müqavilə məsələsində razılığa gəlib.
Kaspi.az xəbər verir ki, tərəflər bütün şərtləri razılaşdırıblar. Alba "Barsa” ilə yeni müqaviləyə imza atıb. Futbolçu 2024-cü ilə qədər katalonların şərəfini qoruyacaq.
29 yaşlı futbolçunun qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında başa çatırdı. Ancaq klub hələ bu barədə rəsmi məlumat yaymayıb. İspaniya mətbuatı xəbər verir ki, rəsmi məlumat qış transfer pəncərəsi bağlanandan sonra veriləcək.
Alba cari mövsümdə "Barsa”nın heyətində 29 oyun keçirib, 2 qol vurub, 12 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər