AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Münhen Təhlükəsizlik Konfransı başa çatıb

Münhen Təhlükəsizlik Konfransı başa çatıb

Təfsilat
16 Fevral 2020, 17:37 1133
Almaniyada 56-cı Münhen Təhlükəsizlik Konfransı başa çatıb.
APA-nın məlumatına görə, 14-16 fevral tarixlərində keçirilən konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib.
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer konfrans çərçivəsində debatların təşkilinə nail olduqlarını söyləyib: "Kimsə debatlarla razılaşdı, kimsə də razılaşmadı. Biz tədbirin məhz belə keçməsini istəyirdik”.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildə NATO-ya üzv ölkələrin müdafiə qurumlarının nümayəndələrinin iclası kimi keçirilməyə başlayıb. Hazırda Münhen Təhlükəsizlik Konfransı siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərinin diskussiya forumuna çevrilib. Münhen Təhlükəsizlik Konfransının yekununda bəyannamə və hər hansı razılaşma imzalanmır. Konfrans dünya səviyyəsində siyasətçilər və diplomatlar üçün görüşlərin keçirilməsi və müzakirələrin aparılması üçün neytral məkan sayılır.
Dünya mediası 56-cı Münhen Təhlükəsizlik Konfransında isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında debata daha çox diqqət ayırıb.