• cümə, 19 Aprel, 05:51
  • Baku Bakı 18°C

“Mundo Internacional” jurnalı Azərbaycandan yazıb

02.07.14 15:09 906
“Mundo Internacional” jurnalı Azərbaycandan yazıb
Meksikanın “Mundo Internacional” jurnalının növbəti - yay buraxılışında “Azərbaycanın Milli Günü” başlıqlı məqalə dərc olunub. Məqalədə, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Mexiko şəhərinin St.Regis otelində təşkil olunan qəbulda Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun çıxışından bəhs edilir. Səfirliyin mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilib ki, məqalədə səfir İ.Muxtarova istinadən 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının böyük tarixi hadisə olduğu qeyd edilib. Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olub. Həmçinin səfir qeyd edib ki, bu dövrdə Azərbaycan qadınlara bərabər səsvermə hüququ verən ilk beş ölkədən biri idi. “Şərqdə ilk operanın və universitetin təməli məhz Azərbaycanda qoyulmuşdu. Lakin iki il sonra çətin mübarizə şəraitində qurulmuş Qafqaz ölkəsi öz müstəqilliyini itirdi və Azərbaycan Sovet Sosialist Respublikası adı altında SSRİ-nin tərkib hissəsi oldu”. Eyni zamanda, qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoyub və ölkə öz müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam edib. Belə ki, Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi çətin bir dövrdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən başlanmış hərbi təcavüz nəticəsində Azərbaycanın torpaqlarının 20%-i işğal olunub, ərazi bütövlüyü pozulub və Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb.
Həmçinin məqalədə, Azərbaycanın artıq bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanındığı, habelə İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və Qoşulmama Hərəkatının fəal üzvü olduğundan və bugün bir dövlət kimi qlobal arenada daim irəli getdiyindən bəhs edilir.
“Aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə böyük investisiya mühiti yaranmış və son on il ərzində Azərbaycanda qeydə alınan yüksək inkişaf tempi ilə əlaqədar ÜDM-in həcmi 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 45%-dən 5%-ə enmişdir. Bugün Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada ilk 50 ölkə arasında yer alıb və regionun ÜDM-in 75%-i Azərbaycanın payına düşür”. Məqalədə, Azərbaycan hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında, ilk olaraq Meksikada səfirliyin açıldığı, habelə artıq Azərbaycanın Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Kubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır: “Meksika hökuməti cari ildə Azərbaycanda səfirlik açmaq üçün qərar qəbul edib və bu mühüm hadisə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir”. Həmçinin qeyd olunub ki, bu altı il ərzində Azərbaycan hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə 50 milyondan artıq investisiya qoyub. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli dövlət rəsmilərinin səfərləri həyata keçib.Sonda nəzərə çatdırılıb ki, Azərbaycanda bütün azadlıqlar - ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir, bugün Azərbaycanda yüksək tolerantlıq şəraiti mövcuddur və bunlar müasir Azərbaycanın prioritet istiqamətlərinin bariz nümunəsidir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər