• cümə, 19 Aprel, 01:41
  • Baku Bakı 18°C

“Münaqişələr ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”

07.05.18 17:29 621
“Münaqişələr ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”
"Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələrMilli Məclisdə qanun səviyyəsində qəbul edildi”.
APA-nın məlumatına görə, bu sözləriAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edənMilli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. O bildirib ki, Azərbaycan birinci müqaviləni – "Əsrin müqaviləsi”ni imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi: "Bu sahədə imzalanan sənədlər də qanun qüvvəsindədir. Nəticədə Bakı-Supsa vəBakı-Tbilisi-Ceyhanneft kəmərləri,Bakı-Tbilisi-Ərzurumqaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim işçi qrup Ələt limanı yaxınlığındakı Ələt Azad Ticarət Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsiMilli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək. Azad Ticarət Zonası bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstərəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyyətli orqanı tərəfindən icra olunmalıdır”.
V. Ələsgərov qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda, Cənubi Osetiya adlanan ərazidə yurisdiksiyası məlum olmayan silahlı birləşmələr yerləşib: "Ermənistanda da dövri olaraqBakı-Tbilisi-Ceyhanneft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və digər problemlər ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq üçün yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”.
banner

Oxşar Xəbərlər