• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Ümumvətəndaş pasportlarının alınmasında yenilik

01.11.13 15:28 1297
Ümumvətəndaş pasportlarının alınmasında yenilik
Azərbaycanda ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2012-ci il 17 iyul tarixli fərmanına uyğun olaraq, cari il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılıb, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb.
Məhz vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Həmin göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.
Dövlət başçısının bilavasitə diqqəti və qayğısı sayəsində şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi yönündə vətəndaşlara ən yüksək standartlar səviyyəsində xidmətin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzi üçün yeni inzibati binalar tikilib və zəruri avadanlıqlarla, ən müasir texniki vasitələrlə təchiz olunub. Onu da qeyd etmək yerinə düşər ki, ötən iki ayda 44 minə yaxın ölkə vətəndaşı şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərlə təmin olunub.
Müvafiq xidmətin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.
banner

Oxşar Xəbərlər