AZE | RUS | ENG |


Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edildi

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edildi
Konqresin prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb və  apellyasiya şikayəti verəcəklərini bildirib.
 
Mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.
ÜAK-ın prezidenti Fazil Qurbanov APA-ya açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008