• şənbə, 20 Aprel, 06:40
  • Baku Bakı 14°C

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

12.12.17 17:41 2501
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən danışdı. XX əsrin parlaq şəxsiyyətlərindən olan Ümummilli Liderin ölkəmizin müstəqil dövlətçilik konsepsiyasının müəllifi olduğunu və bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini qeyd etdi.
Z.Abdullayev Ümummilli Lider Heydər Əliyevin hərbi sahəyə xüsusi diqqət yetirdiyini, məhz onun sayəsində milli ordu quruculuğu prosesinin əsasının qoyulduğunu və nəticədə qüdrətli ordu yaradıldığını bildirdi.
Mərasimdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirildi.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.



banner

Oxşar Xəbərlər