• şənbə, 27 Aprel, 07:59
  • Baku Bakı 12°C

Ümumilikdə 535 azərbaycanlı tələbə hökumətlərarası sazişlərə əsasən təhsil alır

11.01.19 12:06 353
Ümumilikdə 535 azərbaycanlı tələbə hökumətlərarası sazişlərə əsasən təhsil alır
Hazırda ümumilikdə 535 azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.
Təhsil NazirliyindənAZƏRTAC-a bildiriblər ki, ötən ildə "Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən altı mindən çox əcnəbi tələbə təhsil alır.
banner

Oxşar Xəbərlər