• şənbə, 20 Aprel, 01:14
  • Baku Bakı 15°C

Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanların tarixi açıqlanıb

30.07.21 14:40 242
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanların tarixi açıqlanıb
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçiriləcək.
DİM-dən Trend-ə verilən məlumata görə, aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.
4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.
"İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
banner

Oxşar Xəbərlər