• çərşənbə axşamı, 19 mart, 15:40
  • Baku Bakı 8°C

Ümumi daxili məhsul 1,3 faiz artıb

16.07.18 15:00 532
Ümumi daxili məhsul 1,3 faiz artıb
Bu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 37009,1 milyon manata çatıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artıb. Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində əlavə dəyər 7,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, informasiya və rabitə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, sənayedə 1,2 faiz, digər xidmət sahələrində 0,6 faiz artıb, tikintidə isə 10,5 faiz azalıb.
ÜDM istehsalının 47,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,6 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 13,2 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub.
banner

Oxşar Xəbərlər