• çərşənbə, 24 Aprel, 12:47
  • Baku Bakı 27°C

Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları start götürəcək

31.07.20 11:30 1107
Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları start götürəcək
İyulun 31-də tarixdə ilk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları başlayacaq.
AZƏRTACxəbər verir ki, oyunlarda baza divizionunun 12 qalibi (Myanma, Livan, Kipr, Bruney Darüssalam, Qətər, Aruba, Pakistan, Bəhreyn, Haiti, Oman, Liberiya və Mavritaniya) də daxil olmaqla 50 komanda (hər biri 10 komandadan ibarət 5 qrup) mübarizə aparacaq. Nəticədə, hər komandadan ilk 3-də yer alan yığmalar 3-cü diviziona vəsiqə qazanacaqlar. Dördüncü divizionun oyunları avqustun 2-dək davam edəcək.
Xatırladaq ki, baza divizionun oyunları iyulun 25-dən 27-dək keçirilib. Turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.
banner

Oxşar Xəbərlər